İsrail Livana cavab zərbələri endirib

0 8

İsrail ordusu ölkənin şimalının atəşə tutulmasına cavab olaraq Livanda «Hizbullah»ın hədəflərinə zərbələr endirib.

«Report»un xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

«Gün ərzində İsrailin şimalındakı Dov, Marqaliot və Şomer ərazilərində Livandan bir neçə raket və mərmi buraxılışı qeydə alınıb. Bundan başqa, gün ərzində Kfar-Blumda iki ərazidə pilotsuz uçuş aparatlarının qalıqlarının aşkarlanması barədə məlumat daxil olub. Ölən və yaralananlar barədə məlumat verilməyib”, — xəbərdə deyilir.

İsrail ordusunun qırıcıları buna cavab olaraq, Nakura və Ayta əş-Şaab bölgələrində “Hizbullah”ın hərbi bazalarına hücum edib. Bundan əlavə, pilotsuz uçuş aparatından istifadə edən hərbçilər “Livanın cənubundakı Kfarkeldə “Hizbullah”ın hərbi obyektinə sızmış terrorçunu müəyyənləşdiriblər. Bundan sonra “İsrail döyüşçüləri obyektə hücum ediblər”, — mətbuat xidməti vurğulayıb.

Həmçinin «Hizbullah”ın Xiam bölgəsindəki müşahidə məntəqəsinə zərbə endirilib.





Source link

Leave A Reply

Your email address will not be published.