Ukrayna kəşfiyyatı: Moskva vilayətindəki terror səfərbərlik üçün bəhanə olacaq

0 7

Bu gün Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı Rusiya xüsusi xidmət orqanlarının planlı və şüurlu təxribatıdır. Məqsəd Kremlin Ukraynaya qarşı intensiv hücumlara və total səfərbərliyə haqq qazandırmaq cəhdidir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kaşfiyyat İdarəsi teleqramda bildirib.

“Moskvada insanların açıq şəkildə edamı Rusiyanın müharibənin daha da alovlanması və genişlənməsi ilə təhdid etməsi kimi başa düşülməlidir. Peskovun terror aktından bir müddət öncə “müharibə” ilə bağlı verdiyi bəyanatı sadəcə olaraq Kremlin diqqətlə planlaşdırılmış xüsusi əməliyyatının falstartıdır”, – BKİ-nin açıqlamasında nəql edilib.

Ukrayna kəşfiyyatı həmçinin qeyd edib ki, Kremlin “Kaşirskoye şossesində evlərin bombalanmasından başlayaraq bu cür terror aktlarının təşkilində böyük təcrübə var”.

“Eynən o zaman olduğu kimi, bu gün rusiyalıları qorxutmaq aksiyası Rusiyanın özündə kəmərlərin maksimum dərəcədə sıxılmasına səbəb olacaq”, – Baş Kəşfiyyat İdarəsi vurğulayıb.

Ukrayna kəşfiyyatına görə, Kreml, çox güman ki, bu hadisədə Ukraynanı günahlandıracaq ki, “öz vətəndaşlarının güllələnməsini mülki infrastruktura daha da qəddar hücumlar və ukraynalı mülki şəxslərin öldürülməsi üçün bəhanə kimi istifadə etsin”.

“Ukraynanın mülki infrastrukturuna bugünkü hücum eskalasiyanın başqa bir həlqəsidir”, – kəşfiyyat məlumatında qeyd olunub.

Eyni zamanda, BKİ əlavə edib ki, bir qrup yaraqlının avtomatlarla Moskvanın mərkəzində əngəlsiz hərəkət etməsi “Krokus siti holl”dakı silahlı hücumun Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini göstərir.

“Səfirliklər də terror hücumunun hazırlanacağı barədə xəbərdarlıq etmişdilər”, – hərbi kəşfiyyat vurğulayıb.





Source link

Leave A Reply

Your email address will not be published.