BMT Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə səfər edəcək

0 7

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə səfər edəcək.

«Report»un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.

Sözçü bildirib ki, Quterreş sabah Misirə və İordaniyaya işgüzar səfərə gedəcək. O qeyd edib ki, Baş katibin səfərinin məqsədi müsəlmanlar ilə Ramazan həmrəyliyini nümayiş etdirməkdir.

Quterreş səfər çərçivəsində həmçinin iki ölkənin dövlət rəsmiləri ilə görüşəcək və bölgədə davam edən münaqişə barəsində müzakirələr aparacaq.

Sözcü əlavə edib ki, baş katib səfəri zamanı Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən «Rəfah» keçid məntəqəsini də ziyarət edəcək.





Source link

Leave A Reply

Your email address will not be published.