Türkiyə millisinin keçmiş hücumçusu vəfat edib

0 10


Türkiyə milli futbol komandasının keçmiş hücumçusu Ersen Martin 44 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.

2022-ci ildə infarkt keçirərək aortası partlamış keçmiş futbolçu bir müddət müalicə alıb.

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak futbolçu barədə paylaşım edərək ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Almaniya doğumlu idmançı futbola “Nürnberq”də başlasa da, karyerasının böyük hissəsini başda “Beşiktaş” və “Trabzonspor” olmaqla Türkiyə klublarında keçirib. Türkiyə millisində isə cəmi dörd oyuna çıxıb.





Source link

Leave A Reply

Your email address will not be published.