Şabranda avtoqəza baş verib, yaralılar var

0 10

Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili nasazlıq səbəbindən yolun kənarında dayanan “VAZ-21019” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Şabran rayon sakinləri 1977-ci il təvəllüdlü Rəhmanov Rahim Kamil oğlu, 1997-ci il təvəllüdlü Seyidov Çingiz Qərib oğlu və 1982-ci il təvəllüdlü Osmanov Yaşar Həcbilə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.





Source link

Leave A Reply

Your email address will not be published.