HƏMAS Qəzzada səhra komandirinin ölümünü təsdiqləyib

0 9

Fələstinin HƏMAS hərəkatı səhra komandirlərindən biri Faiq əl-Məbhuhun Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında öldüyünü təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə müvafiq bəyanatı hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq rəsmi teleqram kanalında yayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanasında hərbi əməliyyata başladığını elan etmişdi.

İsrail ordusu xəstəxananın HƏMAS tərəfindən terror fəaliyyətləri həyata keçirmək üçün istifadə edildiyini iddia edib.





Source link

Leave A Reply

Your email address will not be published.