Rusiya MSK: Seçki bülletenlərinin 70 faizi hesablanıb, Putin liderdir — YENİLƏNİB

0 9

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində protokolların 70,03 faizinin hesablanmasının nəticələrinə əsasən səslərin 87,17 faizini toplayaraq liderdir.

«Report»un məlumatına görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Siyahıda ikinci yerdə 4,19 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,08 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,15% səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.

Beləliklə, ikinci turun keçirilməsi ehtimalı istisna edilir. Birinci turda seçkidə qalib gəlmək üçün namizəd səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini almalıdır. Namizədlərdən heç biri bu qədər səs toplaya bilməsə, 21 gündən sonra seçkilərin ikinci turu keçirilir.

23:58

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri “Yeni insanlar”dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.

Leave A Reply

Your email address will not be published.