Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb — YENİLƏNİB — 2

0 10

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat yayıb.

Bu barədə “Report”a “FHN”dən məlumat verilib.

Qeyd olunub ki, yanğınla bağlı məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış «OPEL ASTRA» markalı minik avtomobili yanıb.

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

2024-03-16-22:55

Gəncədə avtomobil təmiri sexində baş verən yanğının qarşısı alınıb.

«Report»un Qərb bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Yanğının səbəbləri araşdırılır.

22:35

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexlərinin birində yanğın başlayıb.

«Report»un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Ümumi sahəsi 220 kvadratmetr sahədə olan 5 avtomobil təmir sexində olan yanğının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

Yanğın zamanı vətəndaşa məxsus 1 avtomobilin yandığı deyilir.

Faktla bağlı araşdırma aparılır.





Source link

Leave A Reply

Your email address will not be published.