Bakıda parkda kütləvi DAVA: yeniyetmə QAN TÖKDÜ

0 9

Bakıda kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada 3-4 yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Məhkəmə istintaqı davam edir.



Source link

Leave A Reply

Your email address will not be published.