Litvanın müdafiə naziri istefa ərizəsini Baş nazirə təqdim edib

0 9

Litva Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas istefa ərizəsini Baş nazir İnqrid Simoniteyə təqdim edib.

«Report»un xəbərinə görə, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət alması faktını təsdiqləyirik”, — məlumatda bildirilir.

Siyasi müstəvidə yayılan söz-söhbətlərə görə, Anuşauskas Şimonite ilə fikir ayrılığı səbəbindən vəzifəsini tərk etmək qərarına gəlib. Baş nazirin bu həftə səfərdə olduğu ABŞ-də nazirin açıqlamalarından hiddətləndiyi iddia edilir. Ancaq Şimonitenin narazılığına nəyin səbəb olduğu açıqlanmır.

Anuşauskas şənbə günü Litva Prezidenti Gitanas Nauseda ilə görüş istəyib.





Source link

Leave A Reply

Your email address will not be published.