KİV: Böyük Britaniya ABŞ-yə enerji kabelləri çəkmək istəyir

0 8

Bir qrup britaniyalı sərmayədar ABŞ və Böyük Britaniya arasında elektrik enerjisinin ötürülməsi üçün transatlantik kabellərin çəkilməsi imkanını nəzərdən keçirir.

«Report» xəbər verir ki, bu barədə «Telegraph» məlumat yayıb.

Nəşr vurğulayıb ki, kabellərin uzunluğu təqribən 5,6 km olacaq, onlar okeanın səthinin altında üç kilometrə qədər dərinlikdə yerləşəcək. Kabellər bir neçə atom elektrik stansiyasının hasilatına ekvivalent həcmdə elektrik enerjisi ötürəcəklər.

Nəşrin məlumatına görə, quraşdırma tamamlandıqdan sonra Böyük Britaniyanın milli şəbəkəsinə təxminən 3,6 giqavat elektrik enerjisi veriləcək ki, bu da ümumi elektrik enerjisinə tələbatın təxminən 8 %-nə uyğundur.

Nəşr vurğulayıb ki, hazırda plan ilkin hazırlıq mərhələsindədir.





Source link

Leave A Reply

Your email address will not be published.