Avropa Liqası: «Bayer 04» — «Qarabağ» oyununda ilk hissə başa çatıb

0 9

Almaniyada «Bayer 04» və «Qarabağ» komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

«Report»un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

00:00

Almaniyada «Bayer 04» və «Qarabağ» komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

«Report»un məlumatına görə, Leverkuzen şəhərindəki «BayArena»dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb — 2:2.

22:50

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək «Bayer 04» və «Qarabağ»ın start heyətləri bəlli olub.

«Report»un məlumatına görə, komandalar meydana aşağıdakı «11-lik»lərlə çıxacaqlar.

«Bayer 04»: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

«Qarabağ»: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki «BayArena»da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb — 2:2.





Source link

Leave A Reply

Your email address will not be published.