Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir?

0 17


Rusiyanın Qərbdən azad edilməsini tələb etdiyi əsas məhkum Vadim Krasikov sayılır. Hətta, Aleksey Navalnı ölməzdən öncə, Rusiya və Qərb ölkələrinin onların mübadiləsini müzakirə etdiyi də məlum olub.

Lent.az Rusiyanın azadlığını istədiyi Vadim Krasikov barədə məlumatı təqdim edir.

2019-cu il avqustun 23-də Berlinin mərkəzindəki parkda keçmiş çeçen səhra komandiri və Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili öldürüldü. Cinayətkar velosipedlə Xanqoşvilinin yanına gəlib və onu güllələyib. Şübhəli şəxs qətldən az sonra hadisə yerinin yaxınlığında polis tərəfindən saxlanılır. Onun üzərində Vadim Sokolovun adına sənədlər tapılır.

“Bellingcat”, “The Insider” və “Der Spiegel” sonradan birgə araşdırma zamanı müəyyən edir ki, bu uydurma addır və əslində şübhəlinin adı Vadim Krasikovdur. 2021-ci ilin dekabrında Berlin məhkəməsi Krasikovu Xanqoşvilinin qətlində təqsirli bilir, ömürlük həbs cəzasına məhkum edir.

Məhkəmə həmçinin müəyyən edib ki, Krasikov Xanqoşvilini öldürmək üçün Rusiya dövlət qurumlarından sifariş alıb. Almaniya istintaqı Krasikovu Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Vımpel” xüsusi təyinatlılarının yüksək rütbəli zabiti adlandırıb.

İddia olunub ki, 2019-cu ilin fevral ayından avqust ayına qədər Krasikov “Vımpel” xeyriyyə fondunun səkkiz üzvü ilə ünsiyyətdə olub. Bundan əlavə, Krasikov dəfələrlə FTX Xüsusi Təlim Mərkəzinin bazalarına baş çəkib.

Vadim Krasikov 1965-ci il avqustun 10-da Qazaxıstanın Türküstan vilayətinin Kenestobe kəndində anadan olub. 1980-ci illərdə ailəsi Buryatiyaya köçüb. Sonra Krasikov həyat yoldaşı və iki uşağı ilə İrkutska köçür. 2009-cu ildən isə o, Moskva vilayətində yaşayır.

Medianın araşdırmalarına görə, Krasikov 2013-cü il yanvarın 19-na keçən gecə Moskvada güllələnən iş adamı Albert Nazarovun qətlində əsas şübhəli şəxs olub. Cinayətkar Nəzərova velosipedlə yaxınlaşıb, iş adamı müqavimət göstərib, qatil isə ona bir neçə dəfə atəş açıb. Bu qətl, The Insider və Bellingcat-ın qeyd etdiyi kimi, Berlində Xanqoşviliyə qarşı sui-qəsd cəhdinə bənzəyir: hər iki halda qatil velosipedlə gəlib və qurbanı yaxın məsafədən vurub.

2014-cü ilin yanvarında Rusiya hüquq-mühafizə orqanları Krasikovu biznesmenin qətlinə görə federal və beynəlxalq axtarışa verib. Rusiya Krasikovun axtarışı ilə bağlı İnterpola da məlumat verib, o cümlədən fotosunu təqdim edib. Amma 2015-ci ilin iyununda Rusiya Krasikovun axtarışını dayandırıb.

Bundan başqa, Krasikovun adı 2007-ci il aprelin 4-də Kareliyanın Kontokki kəndində sahibkar Yuri Kozlovun qətlində də iştirakçı kimi adı hallanıb.

Xanqoşvilinin qətli və sonradan Krasikovun saxlanılması Rusiya dövlətinin yüksək səviyyəli rəsmiləri tərəfindən şərh edilib. Rusiya Prezidenti Vladimir Putin Moskva metrosunda baş verən partlayışların təşkilatçılarından birinin Xanqoşvilinin olduğunu bildirib.

“İştirak etdiyi aksiyaların yalnız birində o, 98 nəfəri öldürüb”, — Rusiya Prezidenti 2019-cu ildə deyib.

Kreml həmçinin bildirib ki, Rusiya tərəfi Almaniyaya Xanqoşvilinin ekstradisiyası üçün bir neçə sorğu göndərib, lakin buna Berlindən cavab verilməyib.

Rusiya Xarici İşlər Nazirliyi isə Krasikovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə xəbəri spekulyasiya adlandırıb.

Bu ilin fevralında amerikalı jurnalist Taker Karlson Putindən müsahibə zamanı Rusiya Prezidentinin “Wall Street Journal”ın müxbiri Evan Gerşkoviçi azad etməyə hazır olub-olmadığını soruşmuşdu.

Putin isə Krasikova işarə edərək ABŞ-la müttəfiq olan bir ölkədə “vətənpərvərlik motivləri ilə Avropa paytaxtlarından birində qulduru məhv edən bir adam var”, — deyə cavab verib.

“Həmin quldur Qafqazda baş verən hadisələr zamanı əsir düşən əsgərlərimizi yola düzüb, sonra da onların başının üstündə maşınla keçib. Ancaq bir vətənpərvər həmin şəxsi Avropa paytaxtlarından birində aradan götürdü. Onun bunu öz təşəbbüsü ilə edib-etməməsi başqa sualdır”, deyə Putin heç bir ad çəkmədən Krasikovun azad edilməsi üçün məhkum mübadiləsinə hazırlığını ifadə edib.

CNN 2022-ci ilin iyulunda Rusiya hakimiyyətinin Vaşinqtona Rusiyada həbsdə olan amerikalıları Krasikovla dəyişməyi təklif etdiyini bildirmişdi. İddia olunurdu ki, ABŞ Almaniya hakimiyyətinə Krasikovu mübadilədə cəlb etməyə hazır olmaq xahişi ilə müraciət edib. “The Wall Street Journal” isə yazır ki, Moskva ABŞ-a Krasikovu Gerşkoviçlə dəyişməyi təklif edib.

Bundan başqa, rusiyalı siyasətçi Aleksey Navalnının Vadim Krasikovla dəyişdirilməsinin müzakirə olunduğu da bildirilib. Navalnının iştirakı ilə məhkumların mübadiləsinə dair danışıqlar aparılsa da, onun həbsxanada qəfil ölümü bu sövdələşmənin yekunlaşmasına son anda mane olub.



Source link

Leave A Reply

Your email address will not be published.