Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı araşdırma aparılır — YENİLƏNİB

0 9


Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır.

Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəms Şahbazlı «Report»un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, 3-cü hamiləliklə tibb müəssisəsinə daxil olan, rayonun Xəlifəli kənd sakini, 37 yaşlı Qasımova Nailə Əlihüseyn qızı ilkin diaqnoza görə, kəskin ürək, damar çatışmamazlığından vəfat edib və doğuş zamanı körpəni də xilas etmək mümkün olmayıb.

N.Qasımova təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

18:38

Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

«Report»un Şimal bürosunun məlumatına görə, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.





Source link

Leave A Reply

Your email address will not be published.