KİV: HƏMAS ABŞ-nin təklif etdiyi atəşkəs planı ilə razılaşıb

0 11

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında ABŞ-nin təklif etdiyi atəşkəs planına razılıq verib.

«Report» xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyindəki mənbəyə istinadən «Al Arabiya» telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-nin irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin tədricən öz evlərinə qayıtmasını nəzərdə tutur.

HƏMAS-ın nümayəndə heyəti sazişin təfərrüatlarını və onun həyata keçirilmə vaxtını müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Qahirəyə gedəcək.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

Leave A Reply

Your email address will not be published.