ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb

0 137

ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

«Report» CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

Yeni paketə HIMARS raket sistemləri üçün artilleriya mərmiləri və GMLRS idarə olunan raketlərin böyük bir partiyası daxildir.

Sallivan bildirib ki, Ukrayna tərəfinin bu köməyə çox ehtiyacı var.

Onun sözlərinə görə, bu paket Ukraynanın döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün tamamilə yetərli deyil və yaxın həftələrdə Vaşinqton administrasiyası Kiyevə əlavə yardımın ayrılmasını təsdiqləyə bilər.

Qeyd edək ki, bu, 2023-cü ilin dekabrından indiyədək ABŞ-dən Ukraynaya ilk hərbi yardım paketidir.

Leave A Reply

Your email address will not be published.