«Real»ın baş məşqçisi türkiyəli futbolçunu tərifləyib

0 9

«Real»ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.

«Report»un MARCA-ya istinadən məlumatına görə, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqqında xoş fikirlər səsləndirib: «Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun «Real»da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik».

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən «Real» — «Selta» (4:0) matçında Arda Gülər «Kral klubu»nun dördüncü qoluna imza atıb.

Leave A Reply

Your email address will not be published.