Rəsmi Moskva: Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir

0 8

Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri bunu təsdiq edir: “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”.

Xatırladaq ki, C.Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir.

London İrəvanın bu qərarını “Ermənistanın suveren hüququnun həyata keçirilməsi” kimi qiymətləndirib.

Leave A Reply

Your email address will not be published.