Quterreş Ramazan ayının başlaması ilə bağlı İsrail və HƏMAS-a çağırış edib

0 10

BMT Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə bağlı İsrail və HƏMAS-a çağırış edib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Bu gün Ramazan ayının başlanmasına baxmayaraq, Qəzzada qan tökülməkdə davam edir. Müraciətimin məqsədi silahları susdurmaqla və xilasedici yardımın çatdırılmasına mane olan bütün amilləri aradan qaldırmaqla müqəddəs ayın ruhuna hörmət etməkdir”, — o bildirib.

A.Quterreş bütün girovların dərhal azad edilməsi ilə bağlı çağırışını təkrarlayıb.

Leave A Reply

Your email address will not be published.