Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaradır

0 10

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaratmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə «Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

O bildirib ki, investisiya fondu hər iki dövləti maraqlandıran layihələri maliyyələşdirəcək.

«Fond, həmçinin Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək. Bu, Qazaxıstanın Azərbaycanla əməkdaşlığını gücləndirəcək və bizə gəlirlər gətirəcək. Çünki bu, sırf kommersiya əsaslı investisiya fondu olacaq», — deyə Jakupov diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzalayıblar.

Qeyd edək ki, indiyənədək Qazaxıstandan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 114 milyon ABŞ dolları, Azərbaycandan Qazaxıstana isə 215 milyon ABŞ dolları təşkil edir. Hazırda Azərbaycanda Qazaxıstan kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün isə 50-dən çox Qazaxıstan şirkəti müraciət edib.

Leave A Reply

Your email address will not be published.