Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı müsabiqə elan edir

0 10

Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın tarix və mədəniyyətinə müraciət etməklə mədəni irs və tarixi abidələrin dağıdılmasına diqqət çəkməklə yanaşı, onları təsviri sənət əsərlərində yaşatmaq imkanlarını nəzərə alaraq “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan edir.

«Report» xəbər verir ki, müsabiqə təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd İrəvan xanlarının portretlərinin, bədii obrazlarının yaradılması, Qərbi Azərbaycanın tarix və memarlıq abidələrinin təsvir müstəvisində yenidən canlandırılmasıdır. Burada diqqət yetirilməli olan əsas məqamlar portret janrında yaradılacaq obrazların realistik üslubda, xanlıq dövrünün geyim, obraz, aksesuar, silah və digər atributlarının tarixi materialları əsaslı şəkildə öyrənilməklə həqiqəti əks etdirməsi, unikal olması, peşəkarlıq baxımından qüsursuz işlənilməsi, xanların obrazlarının xalq təsəvvüründəki ümumi obrazlara uyğunluğu və dövrün tarixi materiallarına cavab verilməsidir.

Müsabiqənin şərtləri aşağıdakılardır:

— Qərbi Azərbaycan ərazisində tanınma rəmzlərinə çevrilmiş tarixi abidələr, ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri təsvir müstəvisində əks olunmalı, reallığı əks etdirməli və gerçək tarixə, faktlara söykənməlidir;

— Əsərlərin ölçüləri rəngkarlıq əsərləri üçün 70 x 90 sm-dən, qrafika əsərləri üçün A3 formatından aşağı olmamalıdır;

— Müsabiqəyə müxtəlif texnikada, portret və mənzərə janrlarında, fərqli ölçülərdə (yuxarıda göstərilən ölçü tələbləri nəzərə alınmaqla) işlənmiş rəngkarlıq, qrafika əsərləri təqdim olunmalıdır;

— Əsərlərinin materialı və icra texnikasına dair tələblər: rəngkarlıq əsərləri — kətan üzərində yağlı boya, qrafika əsərləri — kağız və qrafikanın növündən asılı olaraq sərbəst texnikada işlənə bilər;

— Əsərlər 2024-cü ilin 10 sentyabr tarixinədək Qərbi Azərbaycan İcmasına təqdim olunmalıdır. Sərginin açılış tarixi 2024-cü il 24 sentyabr ayında nəzərdə tutulur;

— Əsərlər Qərbi Azərbaycan İcmasına çərçivəyə salınmış halda sərgiyə hazır vəziyyətdə təqdim olunmalıdır;

​​​​​​​- Müsabiqənin şərtlərinə uyğun gəlməyən əsərlər qəbul olunmayacaq və münsiflər heyətinin baxışına təqdim edilməyəcək.

22 yaşdan yuxarı, portret və mənzərə janrlarında iş təcrübəsi olan peşəkar rəssamlar müsabiqədə iştirak edə bilərlər. ​​​​​​​

Leave A Reply

Your email address will not be published.