Biləsuvarda qızılcaya qarşı peyvəndləmə işləri davam edir 

0 11

Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.

«Report»un Muğan bürosunun məlumatına görə, ötən üç ay ərzində (dekabr, yanvar və fevral) 745 azyaşlı bu virusa qarşı peyvənd olunub.

Həmçinin Biləsuvar rayonunda dekabr ayında 19 nəfər, yanvar ayında 7 nəfər bu virusa yoluxub.

Fevral ayında və hələlik mart ayında bu xəstəliyə yoluxma qeydə alınmayıb. Eyni zamanda əvvəllər peyvənddən imtina edən 2-11 yaş arası 64 nəfər ötən ay peyvəndə cəlb olunub.

Leave A Reply

Your email address will not be published.