Azərbaycan güləşçiləri «Zəfər kuboku»nda iştirak edəcəklər

0 8

Azərbaycanın yeniyetmə güləşçilərdən ibarət millisi martın 12-dən 14-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” turnirində iştirak edəcək.

«Report» federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-17 yaş qrupunu əhatə edən yarışda hər 3 yığmamızın üzvləri mübarizə aparacaqlar.

Yunan-Roma güləşi üzrə milli böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında geniş tərkibdə turnirdə iştirak edəcək. 20 nəfərlik heyətdə Nicat İsgəndərli, Şahid Nəbiyev (hər ikisi 45 kq), Əmrah Əmrahov, Əli Sucayev (hər ikisi 48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov, Nicat Dadaşov (hər ikisi 55 kq), Ayxan Cavadov, Səyyad Nağızadə, Hüseyn Ağayev (hamısı 60 kq), Oruc İbrahimxəlilov, İsbəndiyar İmanov, Akif Nəcəfov, Emil Abdullayev (hamısı 65 kq), Yusif Əhmədli (71 kq), Elnur Hüseynov, Cavad Məmmədov, Orxan Hacıyev (hamısı 80 kq), Mikayıl İsmayılov (92 kq) və Əli Bayramov (110 kq) yer alıb.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Xədicəxanım Taıbova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (62 kq) və Zəhra Kərimzadə (73 kq) qız güləşçilərin yarışında mübarizə aparacaq.

Ənənəvi turnirdə 12 sərbəst güləşçimiz qüvvəsini sınayacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Kamal Əhmədov (45 kq), Ruslan Əlizadə (48 kq), Məhəmmədəli Əlizadə (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov, Rahid Seyfullazadə (hər ikisi 60 kq), İsa Yusibov (65 kq), Məhəmməd Abbaszadə, Hüseyn Məmmədtağızadə (hər ikisi 80 kq), Fərhad Süleymanlı, Səid Paşayev (hər ikisi 92 kq) və İsmayıl Kərimov (110 kq) çıxış edəcək.

“Zəfər kuboku”nda beynəlxalq dərəcəli hakim Kamran Baxışov ədaləti qoruyacaq.

Leave A Reply

Your email address will not be published.